Sülhməramlılar erməni deputatları Qarabağa niyə buraxmadı?   - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar erməni deputatları Qarabağa niyə buraxmadı? - SƏBƏB

Rəsmi

13 Aprel 2022 18:34 1362


Sülhməramlılar təxribatlara yol verməmək üçün erməni deputatları Qarabağa buraxmayıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. O, erməni deputatların Qarabağa buraxılmamasının səbəbini izah edib.

“Ermənistan parlamentinin deputatlarının Laçın dəhlizi ilə Qarabağ ərazisinə daxil ola bilməyəcəyi məlum olan andan Ermənistan Xarici İşlər Nazirliyi həm Qarabağ, həm də Rusiya hakimiyyəti ilə yüksək səviyyəli əlaqə qurub. Bizi əmin etdilər ki, mümkün təxribatların qarşısını almaq üçün erməni deputatların Arsax ərazisinə daxil olmasına icazə verilmir”, – deyə Mirzoyan bildirib. pizza mizza

Xatırladaq ki, dünən bir qrup müxalif deputat Ermənistan hakimiyyətini Qarabağa getmədiyinə görə, qorxaq adlandırib. Bu gün onlar Laçın dəhlizi ilə Qarabağa səfər etmək üçün gəldikləri Laçın dəhlizindən geri qaytarılıblar./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!