Rusiya sülhməramlıları Xankəndidə erməni şagirdlərə rusca dərsliklər və kitablar hədiyyə edib.
Yenisabah.az “Peacekeeper” “Telegram” kanalına istinadla xəbər verir ki, Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Rusiyanın “DİALOQ” ictimai təşkilatı ilə birlikdə A.S. Qriboyedov adına Xankəndi şəhər 3 nömrəli tam orta məktəbinin şagirdləri üçün "humanitar aksiya" keçiriblər.
Rusiya sülhməramlılarının məktəb binasında keçirdiyi "humanitar aksiya" çərçivəsində 16,942 nüsxə rusdilli dərslik və bədii ədəbiyyat kitabları şagirdlərə verilib. Pepperoni pizza
Telegram kanalımız