Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı - ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı - ETİRAZ

Rəsmi

23 Sentyabr 2021 07:26 5951


Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatı pozublar.

Belə ki, rus sülhməramlılar Qarabağ dağlarında şərti yaralanmış şəxsin təxliyyəsi ilə bağlı təlimlər həyata keçiriblər. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, təlim Xocalı hava limanında Mi-8 AMTŞ tipli “Terminator” helikopteri vasitəsilə keçirilib. 

Qeyd olunur ki, sözügedən təlim üçtərəfli bəyanatın Qarabağda istifadə olunmasına icazə verilən hərbi texnikalar bəndini kobud şəkildə pozur. Belə ki, nəqliyyat-hücum helikopterləri sülhməramlıların yerləşdiyi ərazidə hərbi texnika siyahısına daxil edilməyib. pizza hut

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, rus sülhmərmalıları Azərbaycan ərazisinə gəldikləri gündən etibarən sülhməramlı missiyasına aid olmayan fəaliyyətlə məşğul olur: “Onlar sülhməramlı “fəaliyyətlərində” dəfələrlə Azərbaycan qanunlarını pozublar və bu hələ də davam edir. Təbii ki, onların bu hərəkətləri Azərbaycan vətəndaşlarında haqlı narazılıqlara səbəb olur. 10 noyabrda üç ölkə arasında sənəd imzalanıb. Bu bəyanatalrın bəndlərinə əməl etmək lazımdır. Dünyada sülhməramlı qüvvələr müxtəlif münaqişələr zamanı müxtəlif dövlətlərdə olub. Onlar fəaliyyəti beynəlxalq normalarla tənzimlənir. Rusiya sülhməramlıları beynəlxalq hüququ pozur və   BMT-nin konvensiyalarına riayət etmir”.

Millət vəkili qeyd edib ki, sülhməramlı qüvvələr Xankəndidən  Ermənistana köçən ermənilərin geri gətirilməsinə yardım edir: “Vaxtilə Rusiya sülhməramlıları ermənilərə şərait yaradaraq onlara humanitar yardımlar göstərirdi. Ermənilərin bizim ərazimizdə məskunlaşması üçün müxtəlif üsullara əl atılırdı. Bu gün bu proses davam edir. Mən özüm Xocalı sakiniyəm. Öz torpaqlarıma qayıtmaq istəyirəm. Lakin sülhməramlılar Xocalıda ev tikərək erməniləri məskunlaşdırır. Onlar əgər ədalətli tərəf tutursa mənim öz evimə qayıtmağıma yardım etməlidir. Mənim evimdə niyə ermənilər yaşamalıdır? Onların himayəsi ilə bizim torpaqlarımızda 1991-ci ildə qondarma rejim yaradılıb. Onlar cinayətkar və separatçılardır. Sülhməramlılar da onlarla əməkdaşlıq edir, hətta onları himayə edir. Bu, sülhməramlı missiyasına ziddir. Rusiya prezidenti Ermənistana aid silahlı birləşmələrin bu ərazidən çıxarılmasına dair bəyanata imza atıb. Bu imzaya niyə hörmət edilmir?"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • M.Vuqar.M-oglu.
    Senedi qaca-qaca imzalamaq lazim deyildi,balaca usaqda bilirdiki,ermeni ve rus hec zaman duz yumurta doyusmeyibler! Indi onlar neyise isbatlamaq ucun mutleq ve mutleq yene qan tokulmelidi! Bir MOLDOVAYA baxin nece illerdi girib oturublar orda ne mandat ne zad hec neleride yoxdu bele seylerden netice cixarmaliyiq!
    5 years ago
  • патриот
    Брат мой мы сами заварили эту кашу и теперь расхлёбываем. Их надо выгнать оттуда.
    5 years ago