Sülhməramlılar erməniləri Xudavəng və Aşağı Veysəlliyə niyə apardı?

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar erməniləri Xudavəng və Aşağı Veysəlliyə niyə apardı?

Rəsmi

30 Mart 2021 00:34 1060


“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyirlər. Dominos pizza

Atəşkəs bütün təmas xəttində müşahidə olunur” - açıqlamada deyilir.

Məlumata görə, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir:

“Stepanakertdən (Xankəndi) Dadivəng (Xudavəng - Vəng) və Amaras (Yuxarı Veysəlli) monastırlarına erməni zəvvarların müşayiəti təmin edilib”.

Qeyd olunub ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1835 hektar ərazi, 564 km yol, 1644 mənzil tikintisi partlamamış hərbi sursatlardan təmizlənib. 30 sosial əhəmiyyətli obyekt, 25 376 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - deyə Rusiya MN-dən bildirilib.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!