Sülhməramlılar Fərrux istiqamətinə toplanır

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar Fərrux istiqamətinə toplanır

Rəsmi

30 Mart 2022 08:24 2305


Rusiya sülhməramlı missiyasının komandanlığı “ehtiyat qüvvələrini Fərrux kəndi sahəsində cəmləşdirmək” qərarı qəbul edib.
 

Bu haqda xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb. Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Telegram kanalına istinadən yayılan xəbərə görə, bu, “Azərbaycan qoşunlarının daha da irəliləməsinin qarşısının alınması” üçün edilir.

Sayt iddia edir ki, bugünlərdə çəkiliş qrupu Fərrux kəndinin yaxınlığındakı Pirlər  kəndində olub. Lakin “yerli polis” çəkilişi qadağan edib. Xəbərdə qeyd olunur ki, kənddə vəziyyət gərgin imiş. Kənd sakinlərinin sözlərinə görə Azərbaycan silahlı qüvvələri “qonşu yüksəklikdədirlər”.

Bugünlərdə baş vermiş eskalasiyadan sonra kənddə yalnız kişilər qalıb. Qadınlar və uşaqlar Xankəndiyə və Qarabağın başqa təhlükəsiz yaşayış məntəqələrinə evakuasiya olunublar. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!