"Rusiya sülhməramlı qüvvələri ötən gün Azərbaycan maşın kolonun Suqovuşan Kəlbəcər yolunda qarşısını kəsən ermənilərə qarşı tədbir görməyibsə, burada məhz plan Moskvanın təlimat ilə reallaşıb. Əsas məqsəd Azərbaycana təzyiq etmək və buradakı qondarma rejimi tərəf kimi qəbul etdirməkdir".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloqun sözlərinə görə, Rusiya ermənilərdən istifadə edərək situasiyanı gərginləşdirəcək: Toyuqlu pizza
"S.Lavrovun ATƏT sədri ilə görüşündə Qarabağ məsələsini müzakirə etməsi, qondarma rejimin Azərbaycan əraziləri ilə bağlı sənədin qəbulu Rusiyanın analoji planıdır. Burada məqsədErmənistan və Azərbaycan arasında sülh danışıqlarının pozmaqdır".
"Amma, Ermənistanın hazırkı Baş naziri N.Paşinyan Rusiyanın bu avantüralarına gətməyəcək. Dörd ildən sonra artıq sülhməramlı qüvvələrin çıxarılmasını tələb etməliyik. Bu, onu göstərir ki, sülhməramlılar burada təhlükəsizliyi təmin edə bilmir. Bu isə Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə təhdiddir", - deyə M.Əsədullazadə fikirini tamamlayıb.
Telegram kanalımız