Sülhməramlılar Qarabağdakı iki postu tərk etdilər

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar Qarabağdakı iki postu tərk etdilər

Rəsmi

05 May 2022 17:50 591


Qarabağda yerləşən Rusiya sülhməramlıları iki kənddəki nəzarət-buraxılış məntəqəsindən çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Həmin nəzarət-buraxılış məntəqələrinin Xocavənddəki Sos və Xocalıdakı Xaçmaç kəndlərində yerləşdiyi bildirilir.

Məlumata görə, hər iki keçid məntəqəsi kənddaxili magistral yollarda yerləşirdi. Keçid məntəqələrində əsasən nəqliyyat vasitələri yoxlanılırdı. pizza hut

“Hraparak”ın məlumatına görə, rusiyalı sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküb, başqa, daha hədəflənmiş ərazilərə köçüblər.

Qəzet məsələyə rəsmi şərh ala bilməyib. Həmin məntəqələrin hara köçürüldüyü, niyə söküldüyünə rəsmi aydınlıq gətirilməyib.

“Bütün rəsmi dairələr bu mövzudan danışmaqdan imtina etdilər”,-deyə “Hraparak” yazıb./Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!