Sülhməramlılar Qarabağdakı Rusiya-Türkiyə mərkəzində işə hazırlaşırlar

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar Qarabağdakı Rusiya-Türkiyə mərkəzində işə hazırlaşırlar

Hadisə

27 Yanvar 2021 10:01 772


Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə ortaq mərkəzinin tərkibində olacaq rus hərbçilər, atəşkəs rejiminə birgə nəzarət vəzifələrini yerinə yetirmək üçün hazırlıq keçirlər və Azərbaycan Respublikasının ərazisinə getməyə hazırlaşırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işin təşkili qaydasını öyrənirlər. Marqarita pizza

Rusiya və Türkiyə tərəfdən paritet əsasda təmsil olunan Birgə Mərkəzin şəxsi heyəti atəşkəsə pilotsuz uçan aparatlardan istifadə etməklə nəzarət vəzifələrini yerinə yetirəcək. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!