“Sülhməramlılar Qarabağı tərk etməyəcəklər” – Ter-Petrosyan

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlılar Qarabağı tərk etməyəcəklər” – Ter-Petrosyan

Rəsmi

10 İyun 2021 17:05 1221


“Rus sülhməramlıları beş ildən sonra Qarabağı tərk etməyəcəklər”.

Yenisabah.az “Armenian News”ə istinadla xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresindən baş nazirliyə namizəd Levon Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, insanların 95%-i beş il ərzində Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyi ilə bağlı yanlış təsəvvürdədirlər. “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın dördüncü bəndini oxuyun: “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya tərəfinin sülhməramlı kontingentinin qalma müddəti, tərəflərdən heç biri bu müddəanın tətbiqinə xitam vermək niyyətinin bitməsindən 6 ay əvvəl bəyan etmədiyi təqdirdə, növbəti 5 illik dövrlər üçün avtomatik uzadılması ilə 5 ildir". pizza mizza

Ter-Petrosyan rus sülhməramlılarının gedəcəyi ilə bağlı çaxnaşma yaratmamağa çağırıb. “Yəni Azərbaycan bunu tələb edə bilər, biz də, ruslar da gedə bilərik. Qarabağ əhalisinin Qarabağı tərk etməməsi üçün hər şeyi etməliyik. Bu məsələdə Rusiya və Ermənistanın maraqları 100% üst-üstə düşür, çünki orada erməni yoxdursa, ruslar getməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!