Sülhməramlılara hücum oldu, iki nəfər qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılara hücum oldu, iki nəfər qətlə yetirildi

Dünya

19 Yanvar 2021 10:37 892


Mərkəzi Afrika Respublikasında (MAR) silahlıların hücumu nəticəsində BMT-nin iki sülhməramlısı öldürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə çoxprofilli kompleks missiyası bildirib.

"BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə çoxprofili kompleks missiyasının qabonlu və mərakeşli iki sülhməramlısı ölkənin cənubunda, Banqasudan (Mbomu prefekturası) 17 kilometr məsafədə onların kolonu silahlı qruplaşmaların koalisiyasının pusqusuna düşərkən öldürülüb", - xəbərdə deyilir. pizza hut

Missiyanın rəhbəri Mankyor Ndiaye "Mərkəzi Afrika Respublikasında sülh uğrunda İttifaq" və "Antibalaka" silahlı qruplaşmalarının döyüşçüləri tərəfindən təşkil edilmiş hücumu pisləyib. O, qeyd edib ki, BMT-nin missiyası hücumu təşkil edənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün MAR hakimiyyəti ilə birgə işləyəcək. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!