Sülhməramlıların enerji təminatı üçün xərclənəcək vəsaitin həcmi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların enerji təminatı üçün xərclənəcək vəsaitin həcmi açıqlandı

İqtisadiyyat

18 Mart 2021 10:36 1190


“Azərişıq” ASC Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzinin (1), eləcə də Tərtər rayonunun Suqovuşan kəndinin (2) elektrik enerjisi ilə təchizatı üçün elan etdiyi 2 açıq tenderə yekun vurub.

Yenisabah.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Everest Tikinti” MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 1,313 milyon manat və 4,568 milyon manat, ümumilikdə 5,881 milyon manat ödəniləcək. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!