Sülhməramlıların Laçın dəhlizindəki postları sökülür   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların Laçın dəhlizindəki postları sökülür - VİDEO

Rəsmi

24 Avqust 2022 13:29 1391


Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizindəki postlarının sökülməsinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, hazırda dəhliz boyunca quraşdırılmış postlar və nəzarət köşkləri sökülür.

Ərazi qısa zamanda tamamilə boşaldılaraq Azəbaycana təhvil veriləcək. Bundan sonra Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ çəkilən yeni yolda xidmət aparmalı olacaqlar.  pizza sifarişi

Qeyd edək ki, Azərbaycan Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ olaraq yol çəkib. Bu yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir. 

Yeni yolun istifadəyə verilməsi ilə Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək. Ermənilərə ərazilərdən çıxmaları üçün sabaha - avqustun 25-dək vaxt verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!