Sülhməramlıların olduğu daha 2 təyyarə Qarabağa yola düşüb

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların olduğu daha 2 təyyarə Qarabağa yola düşüb

Hadisə

10 Noyabr 2020 10:14 1459


Göyərtəsində rusiyalı sülhməramlılar olan daha iki “İl-76” təyyarəsi Ulyanovsk-Vostoçnı aerodromundan havaya qalxıb.

Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təyyarələrdən birində şəxsi heyət və zirehli transportyorlar (ZTR) var. Digərinin göyərtəsində isə sülhməramlı birləşmələrin personalı, maddi vasitələr və avtomobil texnikası var. Dördpendirli pizza

Ümumilikdə Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə yola düşüb.

Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!