Sülhməramlıların olduğu daha iki təyyarə Yerevana çatıb

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların olduğu daha iki təyyarə Yerevana çatıb

Hadisə

15 Noyabr 2020 09:06 617


15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” tipli hərbi nəqliyyat təyyarəsi Yerevan hava limanına enib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Təyyarə ilə 10 ədəd “BTR-82A” zirehli texnika, maddi-texniki təminat avadanlıqları, həmçinin sülhməramlı bölmələrin təxminən 30 hərbi qulluqçusu çatdırılıb” deyilir. pizza sifarişi

Bildirilir ki, yüklərin boşaldılmasından, bölmələrin texnikalarının yoxlanılmasından və hazırlanmasından sonra Qoris şəhərindəki cəmləşmə ərazisinə üç yüz kilometrlik yürüş həyata keçiriləcək.

Bundan əvvəl Qarabağa 170 sülhməramlının olduğu 20 təyyarənin göndərildiyi xəbər verilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!