“Sülhməramlıların tənqidi əsassızdır“ - Rusiya XİN

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlıların tənqidi əsassızdır“ - Rusiya XİN

Rəsmi

11 Avqust 2022 14:13 1027


"Moskva Rusiyanın sülhməramlı kontingentinin ayrı-ayrılıqda tənqid edilməsini əsassız sayır".

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi İvan Neçayev deyib.

Onun sözlərinə görə, intensiv siyasi təmaslarla yanaşı, yerlərdə vəziyyətin sabitləşməsi üçün lazımi səylər göstərən Rusiya sülhməramlılarının fəal işi davam edir: “Həm Bakıda, həm də İrəvanda Rusiya sülhməramlı kontingentinin mühüm rolunu dəfələrlə qeyd ediblər”. Dördpendirli pizza

İ. Neçayev xatırladıb ki, avqustun 2 və 8-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Azərbaycan və Ermənistan həmkarları ilə təmasları xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu aparıb.

“Sadalanan bütün məsələlər, o cümlədən Laçın dəhlizinə dair vəziyyət Azərbaycan və Ermənistan tərəflərinə uyğun həllin əldə edilməsi üçün məsləhətləşmələrin predmetidir. Məsələnin həssaslığını nəzərə alaraq, Rusiya tərəfi müzakirə olunan sazişlərin təfərrüatlarını açıqlamır”, - deyə Rusiya XİN təmsilçisi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!