Sülhməramlıların yeni komandanı Bakıya gəlir 

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların yeni komandanı Bakıya gəlir 

Maraqlı

01 May 2023 12:33 1247


Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov çərşənbə günü Bakıya gələcək. 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı separatçılara istinadən məlumat yayıb.

Bildirilib ki, yeni komandan Bakıda Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcək. Pepperoni pizza

Erməni mediası iddia edir ki, general-polkovnik Lentsov Azərbaycanda görüşlər zamanı Ermənistanla sərhəddə qurulmuş nəzarət-buraxılış məntəqəsi ilə bağlı müzakirə aparacaq.

Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovla görüşüb. Nazir general-polkovniklə regiondakı əməliyyat vəziyyəti və problemləri müzakirə edib. Görüşdə sülhməramlıların rolunun səmərəliliyinin artırılmasından da danışılıb. Papikyan üçtərəfli bəyanatların yerinə yetirilməsi və Laçın dəhlizinin vacibliyini vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!