“Sülhün möhkəmliyi siyasi mübarizənin nəticələrindən asılıdır” - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Sülhün möhkəmliyi siyasi mübarizənin nəticələrindən asılıdır” - Ekspert

Rəsmi

31 Oktyabr 2022 14:21 951


"Bu gün Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutacaq və bu görüşdə üç məşhur üçtərəfli bəyanat, nəqliyyat-iqtisadi əlaqələr və kommunikasiyaların blokadadan çıxarılması məsələsi müzakirə olunacaq".

Yenisabah.az “Ura News”a istinadla xəbər verir ki, bunu MDBMİ (MİGİMO) Qafqaz Problemləri və Regional Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Əhməd Yarlıkapov bildirib.

Ekspert deyib: “Rusiyanın Qarabağdakı vəziyyəti müsbətə doğru dəyişmək üçün Qərb ölkələrinə nisbətən daha çox imkanları var. Qərbin imkanlarını şişirtməyə ehtiyac yoxdur. Qarabağda amerikalılar və avropalılar yox, Rusiya sülhməramlılarıdır. Dominos pizza

Ənənəvi olaraq ermənipərəst mövqe nümayiş etdirən Fransa da xoş arzulardan başqa bir iş görmür. Rusiyanın təsiri əhəmiyyətlidir. Lakin sülhün nə qədər möhkəm olacağı, ilk növbədə, Ermənistan və Azərbaycan xalqlarının iradəsindən, həmin ölkələrdə gedən daxili siyasi mübarizənin nəticələrindən asılıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!