Sultan Süleymanın portreti 350 minə satıldı

saytların hazırlanması

Evə çatdırılma

Sultan Süleymanın portreti 350 minə satıldı

Dünya

01 Aprel 2021 07:54 717


Sultan Süleymanın portreti Londonda 350 min funt sterlinqə satılıb.

Məşhur “Sotheby” auksion evi tərəfindən təşkil edilən hərracda Qanuni Sultan Süleymanın portreti satışa çıxarılıb. Hərrac evinin komissiyası əlavə edildikdə, son satış qiyməti 438 min 500 funt sterlinq olaraq elan edilib. Beləliklə, tablo gözlənilən qiymətin 4 qatına satılıb.

Portretin, bənzərlərindən fərqli olaraq, mis lövhədə çəkildiyi elan edilib. Sezar pizza

Portreti alan şəxsin kimliyi açıqlanmayıb.

XIX əsrdən bəri bir Fransız ailəsinə aid olan portretin XVI əsrdə italyan rəssam Cristofano Dell 'Altissimo tərəfindən çəkildiyi bildirilir. /Azərtac

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!