Şumaxerin oğlu “Formula 1“də debüt etdi

saytların hazırlanması

Evə çatdırılma

Şumaxerin oğlu “Formula 1“də debüt etdi

İdman

11 Dekabr 2020 22:00 924


Yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu, "Hass"ın pilotu Mik Şumaxerin "Formula 1"də debütü gerçəkləşib.

Modern.az xəbər verir ki, 21 yaşlı sürücü mövsümün sonuncu - Abu-Dabi Qran-prisi öncəsi test yürüşündə iştirak edib. O, sərbəst yürüşü 18-ci pillədə tamamlayıb.

Ən yaxşı nəticəni isə "Red Bull" pilotu Maks Ferstappen göstərib. "Mercedes"dən Valtteri Bottas 2-ci, "Renault"dan Esteban Okon 3-cü yerlə kifayətlənib. pizza mizza

Koronavirusa yoluxduğu üçün əvvəlki mərhələni buraxan "Mercedes"in yeddiqat dünya çempionu britaniyalı Lüis Hemilton ilk yürüşdə beşinci yeri tutub.

Qeyd edək ki, Mik Şumaxerin test yürüşündə iştirakı onun 2021-ci ildəki dünya çempionatına hazırlığının bir hissəsidir. "Ferrari" akademiyasının pilotu "Formula 2" (2020) və "Formula 3" (2018) çempionudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!