Sumayıtda da avtobus qiymətləri artırılır

saytların hazırlanması

Evə çatdırılma

Sumayıtda da avtobus qiymətləri artırılır

Sosial

23 Oktyabr 2025 15:15 307


İlin sonunadək Sumqayıt şəhəri CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən 100 ədəd nəqliyyat vasitəsi ilə təmin olunacaq və yanvardan kart sistemi tətbiq olunacaq.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.

O bildirib ki, yanvardan Sumqayıt şəhərində gediş haqqı 60 qəpik olacaq: Toyuqlu pizza

"Hazırda Sumqayıtda gediş haqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gediş haqqı üçün avtomatik olaraq 60 qəpik çıxacaq".

Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gediş haqqı 50 qəpikdən 60 qəpiyə artırılıb. Bu artım müasir tələblərə cavab verən yalnız elektrik və cNG yanacaq növlü avtobuslara aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!