“Sumqatıt” “Neftçi”dən futbolçu aldı

saytların hazırlanması

Evə çatdırılma

“Sumqatıt” “Neftçi”dən futbolçu aldı

İdman

25 Oktyabr 2024 15:13 669


“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Yenisabah.az xəbər verir ki, Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” klubunda çıxış etmiş Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 77 nömrəli formada çıxış edəcək. Dördpendirli pizza

Paris-2024 Olimpiadasının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!