"Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Yenisabah.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Klub son olaraq Rusiya “Arsenal”ında (Tula) çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb. 24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt”ın heyətində “23” nömrəli formada çıxış edəcək. Dominos pizza
Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında da çıxış edib. Kamran həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.
Telegram kanalımız