“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçildi

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçildi

İdman

18 İyul 2023 21:51 1128


"Sumqayıt" Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə ECA-dan kluba rəsmi müraciət daxil olub. Klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub.

"Sumqayıt" qurumun sentyabrda keçiriləcək Baş Assambleyasına dəvət olunacaq.  pizza sifarişi

Assosiativ üzvlərin ECA-nın Baş Assambleyasında iştirak etmək də daxil olmaqla, çox geniş hüquqları var. Onlar müxtəlif bölmələrə rəhbərlik üçün namizədlər irəli sürmək, səsvermələrdə iştirak etmək, həmçinin ECA-nın müxtəlif məşvərət orqanlarına (məsələn, İşçi qruplar) müraciət etmək hüququna malikdirlər.

2008-ci ildən fəaliyyətə başlamış ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Birliyin hazırda 330 üzvü vardır ki, bu klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir. Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Qəbələ" hazırda qurumun üzvləridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!