Sumqayıt-Bakı qatarında texniki nasazlıq yarandı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt-Bakı qatarında texniki nasazlıq yarandı

Hadisə

20 Sentyabr 2024 08:26 912


Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.

Oxu.Az xəbər verir ki, saat 07:15-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 08:07-də son ünvana çatmalı idi.

Lakin qatar 07:44-də Zabrat-2 stansiyasında ləngiyib. Bələdçi sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib. Dominos pizza

Sərnişinlərdən saytımıza verilən məlumata görə, qatar hələ də Bakı Dəmiryol Stansiyasına çatmayıb.

Onlar bildiriblər ki, qatarın vaqonlarından birinin qapıları açılmayıb, bu da sərnişinlərin qatara minib düşməsində çətinliklərə və vaxt itkisinə səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!