Sumqayıt bu gün susuz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt bu gün susuz qaldı

Sosial

17 Aprel 2025 14:21 207


Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilişində fasilə yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Şəhəri içməli su ilə təchiz edən magistral su xəttində intensiv yağışlardan sonra bulanıqlıq əmələ gəlib. pizza sifarişi

Əhaliyə verilən içməli suyun təmizlənməsi ilə əlaqədar bu gün səhər saatlarından axşam saatlarına qədər Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranıb.

İşlər yekunlaşandan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!