“Sumqayıt” Çad millisinin hücumçusunu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt” Çad millisinin hücumçusunu transfer etdi

İdman

01 Sentyabr 2023 20:20 409


2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

“Gənclik şəhəri” təmsilçisindən Yenisabah.az-a verilən məlumata görə, komanda son klubu Kipr “Anortosis”i olan Çad millisinin üzvü Kasimir Ninqa ilə bir illik müqavilə imzalayıb. 30 yaşlı cinah hücumçusu “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kasimir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə), “Anortosis” (Kipr) kimi klublarda çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!