“Sumqayıt” “Çukariçki” ilə səfərdə heç-heçə etdi

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt” “Çukariçki” ilə səfərdə heç-heçə etdi

İdman

22 İyul 2021 00:27 1320


Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Yenisabah.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Sumqayıt" bu gün mübarizəyə başlayıb.

Ayxan Abbasovun komandası ilk dəfə keçirilən bu yarışa Serbiyanın “Çukariçki” klubu ilə oyunla start verib. pizza sifarişi

Belqradda keçirilən matç Azərbaycan futbol tarixinə yeni yaradılan Konfrans Liqasındakı ilk oyun kimi düşüb. Görüşdə qapılara qol vurulmayıb və "Sumqayıt" səfərdən sərfəli nəticə ilə qayıdıb. 

Sabah isə "Qarabağ" və "Keşlə" bu turnirdə mübarizəyə qoşulacaq.

21 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

22:00. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0

Baş hakim: Urs Şnider (İsveçrə)

Belqrad. “Çukariçki” stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!