“Sumqayıt“ daha bir qapıçı aldı 

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt“ daha bir qapıçı aldı 

İdman

07 İyun 2023 16:41 807


“Sumqayıt” daha bir transfer həyata keçirib. 

Yenisabah.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 2022/23 mövsümünü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlı ilə 2 illik anlaşma əldə edilib. 

Qeyd edək ki, Orxan Sadıqlı 2018/19 mövsümündə də “Sumqayıt” FK-nın şərəfini qoruyub (2 oyun). 30 yaşlı qapıçı karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” (Bakı) və “Zirə”də də oynayıb.  Dominos pizza

Əlavə edək ki, "Sumqayıt" bundan əvvəl "Zirə"dən ayrılan qapıçı Mehdi Cənnətovla da müqavilə imzalayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!