“Sumqayıt“ keçmiş hücumçusunu geri qaytardı

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt“ keçmiş hücumçusunu geri qaytardı

İdman

04 İyun 2019 12:04 906


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu növbəti futbolçunu heyətinə qatıb. 

"Yeni Sabah"xəbər verir ki, ötən mövsümü "Keşlə"də keçirmiş komandanın sabiq hücumçusu Amil Yunanovla anlaşma əldə olunub. 1 illik müqavilə imzalayan Yunanov "Sumqayıt"da 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2015 - 2018-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Amil Yunanov meydana çıxdığı 75 qarşılaşmada 28 dəfə rəqib qapılarına yol tapmaqla komanda tarixinə ən çox qol vurmuş futbolçu kimi adını yazdırıb. O, "Keşlə" (24 oyun, 5 qol) ilə yanaşı, "Qəbələ" (7 oyun, 1 qol) və "Rəvan"ın uğurları üçün çalışıb. Yunanov U-19 (3 oyun) və əsas millinin də (4 oyun) formalarını geyinib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!