Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə 10-cu sinif şagirdinin yaşıdına xəsarət yetirməsi ilə Abşeron-Xızı Regional Təhsil İdarəsi münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, məktəb rəhbərliyi hadisəyə dair təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarını məlumatlandırıb.
Təhsil İdarəsi qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. pizza
Telegram kanalımız