Misli Premyer Liqasında 21-ci tur davam edir.
Yenisabah.az xəbər verir ki, "Sumqayıt" "Neftçi"ni qəbul edib. Oyunda "Sumqayıt" 2:1 hesablı qələbə qazanıb. Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçirilən ilk oyun olub.
Qələbə sayəsində "Sumqayıt" xallarının sayını 34-ə çatdırıb və "Neftçi"ni geridə qoyaraq 2-ci pilləyə yüksəlib. pizza hut
4 fevral (bazar)
15:00. “Sumqayıt” – “Neftçi” - 2:1
Qollar: Kasimir Ninqa, 8, 37 - Filip Ozobiç, 90+7-pen
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Telegram kanalımız