Sumqayıt sakini tanışını bıçaqlayaraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt sakini tanışını bıçaqlayaraq öldürdü

Kriminal

13 İyul 2022 11:10 797


İyulun 10-u saat 15 radələrində Sumqayıt şəhər sakini 1965-ci il təvəllüdlü İsrayıl Quliyevin öldürülməsi barədə məlumat daxil olub. 

Bu barədə Sumqayıt şəhər prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Emin Pirqurbanın şəxsi münasibətlər zaminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsrayıl Quliyevin boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Emin Pirqurban  təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!