Sumqayıt sakinini 8 canavar parçaladı-Şok görüntülər

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt sakinini 8 canavar parçaladı-Şok görüntülər

Hadisə

05 Fevral 2024 08:11 34357


Rusiya ərazisində, Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin 40 kilometrliyində faciə ilə bitən qorxunc hadisə baş verib. Belə ki, işləmək üçün Kalmıkiya Respublikasına yollanan Sumqayıt şəhər sakinini yolda canavar parçalayıb. 

Məlumatlı şəxs Moderator.az-a bildirib ki, hadisə gecə saatlarında baş verib.

“O şəxs işə yeni başlamışdı, ilk reysi idi. Maşını yolda saxlayıb, ayaqyoluna gedib. Üstündən 30 saniyə keçməyib ki, qışqırıq səsləri gəlib. pizza

Hava o gün çox dumanlı olub. Qaça-qaça maşına tərəf gəlib, yerə yıxılıb. Digər maşında olan iş yoldaşı elə bilib ki, hürən çoban itləridir. 

Canavarlar onu gəmirə-gəmirə maşından uzağa aparıblar. Həmin şəxs qorxudan maşından aşağı düşməyib. Aidiyyatı orqanlara zəng edib, üstündən 1 saat keçməsinə baxmayaraq gəlib canavarların hamısını öldürüblər. Hadisə Elista şəhərinin 40 kilometrliyində baş verib” deyə saytımıza bildirilib.

Canavarların parçaladığı şəxsin Sumqayıt şəhər sakini olduğu bildirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Oz
    Ne belli kurtların öldürdüğü? Evet üzücü bir insan ölmüş ama neden kurtları öldürdünüz?Tam anlamıyla vahşet.
    2 years ago
  • Orkhan Sharif
    Allah rəhmət eləsin!
    2 years ago