"Sumqayıt" sabah Ankarada növbəti yoxlama oyununu keçirəcək.
“Yeni Sabah” xəbər verir ki, “kimyaçılar” Türkiyə Super Liqası təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşacaq. Matç “Kızılcahamam” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl 3 yoxlama matçı keçirib. Sumqayıt təmsilçisi "Petrolul"la (Rumıniya) heç-heçə (2:2) edib, "Ahal"a (Türkmənistan) qalib (1:0) gəlib, "Diyarbekirspor"a (Türkiyə) isə məğlub (0:1) olub. pizza sifarişi
Telegram kanalımız