Sumqayıt yolunda qəza: Ölənlərin sayı 2 oldu

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt yolunda qəza: Ölənlərin sayı 2 oldu

Hadisə

10 Dekabr 2023 13:43 963


Bakı-Sumqayıt avtomagistralında baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 2 kişi və 4 qadın gətirilib. Qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü qadın həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Digər xəsarət alanlar - 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır. pizza hut

1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!