“Sumqayıt” - “Zirə” oyununda dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt” - “Zirə” oyununda dava düşdü

İdman

08 Fevral 2020 15:58 1271


Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən "Sumqayıt" - "Zirə" oyununda xoşagəlməz hadisə yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, hazırda ilk hissəsi gedən qarşılaşmada dava düşüb.

Matçın 36-cı dəqiqəsindən sonra meydanda mübarizədən çox futbolçular arasında mübahisə diqqət çəkib. İlkin Muradovun ikinci sarı vərəqə alaraq meydandan qovulması ilə razılaşmayan "Zirə"nin kapitanı Cavid Hüseynov baş hakim Orxan Məmmədova sərt şəkildə etirazını bildirib. Rəqibin hücumçusu Peyman Babayinin araya girməsinə qəzəblənən Hüseynov onun üzərinə şığıyıb. Davanın böyüməsinə digər futbolçular imkan verməyiblər. Ara sakitləşdikdən sonra referi hər iki futbolçunu, eyni zamanda "Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayevi sarı vərəqə ilə cəzalandırıb. Sezar pizza

Qeyd edək ki, hazırda oyun davam edir və bərabərlik var - 1:1.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!