“Sumqayıt“a qalib gələcəyimizə çox inanıram” - “Fehervar”ın baş məşqçisi 

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt“a qalib gələcəyimizə çox inanıram” - “Fehervar”ın baş məşqçisi 

İdman

25 İyul 2024 10:37 687


"Mən bu matçı bizim üçün yaxşı sınaq kimi görürəm. Qalib gəlmək istəyirik. İnanıram ki, stabil oyun nümayiş etdirə biləcəyik". 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Fehervar"ın baş məşqçisi Tamaş Petyo Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"a qarşı keçirəcəkləri ilk matç haqqında danışarkən deyib. 

Mütəxəssis klubun saytına açıqlamasında doğma meydanda oynamağın "Sumqayıt" üçün üstünlük olduğunu söyləyib: "İstərdim ki, stabil oynayaq və planlarımızı reallaşdıra bilək. Əlbəttə ki, çox çalışmalıyıq. Amma "Sumqayıt"ın heyətində çoxlu dəyişikliklər olub. Onların son bir neçə həftədəki işini yüksək qiymətləndirirəm. Heyətlərini səviyyəli futbolçularla gücləndiriblər. Düşünürəm ki, onların yeni transferləri komandanın gücünə güc qatacaq. Doğma meydanda oynamağın "Sumqayıt"a üstünlük verdiyini düşünürəm. Biz Azərbaycana çox uzun bir yol gəldik, amma ümid edirəm ki, oyunçularımız dincələcək və yaxşı vəziyyətdə olacaqlar. İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər. "Sumqayıt" üzərində qələbəmizə çox inanıram".  pizza sifarişi

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və  saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda oynanılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!