“Sumqayıt” Banqladeşdən futbolçu gətirdi

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt” Banqladeşdən futbolçu gətirdi

İdman

27 Oktyabr 2022 13:52 846


“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Son olaraq Banqladeşin “Şeyx Rassel” klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı qanalı hücumçu “43” nömrəli formada çıxış edəcək. Marqarita pizza

Qeyd edək ki, Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.

Qadze ötən mövsüm Banqladeş liqasında 11 oyunda meydana çıxıb, 3 qol vurub və 2 qolun ötüməsini edib. O, "Sumqayıt"a azad agent kimi transfer olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!