Sumqayıtda ailə faciəsi: Həyat yoldaşını bıçaqlayan iki uşaq anası saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda ailə faciəsi: Həyat yoldaşını bıçaqlayan iki uşaq anası saxlanıldı

Kriminal

30 Aprel 2025 00:56 726


Sumqayıtda baş verən ailədaxili münaqişə qanla nəticələnib.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 38 yaşlı Rəmziyə İmanova münaqişə zəminində həyat yoldaşı Vüsal İmanovu bıçaqlayıb. Qadın polis əməkdaşları tərəfindən saxlanılıb. pizza sifarişi

"Çox sakit ailədir, heç kimlə işləri yoxdur. Bir qız, bir oğulları var. Həyat yoldaşı işləyir, qadın da yaxşı insandır. Kişi bir az içki içəndir, ola bilər ki, bu səbəbdən mübahisə yaranıb" , - deyə qonşu bildirib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, zərərçəkmişə döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!