Sumqayıtda avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.
Unikal.org xəbər verir ki, YPX əməkdaşları tərəfindən avtobus sürücüsünə müvafiq əmr verilib.
Lakin o, polisin əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Yüksək sürətlə şəhərin yolları ilə şütüyən avtobusu saxlamaq üçün Sumqayıt Dövlət Yol Polisi əməkdaşları maneə yaradaraq istəklərinə müvəffəq olublar. İlkin ehtimala görə, sürücü içkili olub. pizza sifarişi
Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.
Repor-un xəbərinə görə, həmin sürücü Quluyev Ceyhun Ələmqulu oğlu olub. Sumqayıt Dövlət Yol Polisi əməkdaşları şəhərin mərkəzi hissəsində sürət həddini aşaraq hərəkət edən avtobusu maneə ilə saxlayıblar. Sürücü və konduktor Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.
Sürücünün nəqliyyat vasitəsini sərxoş idarə etdiyi bildirilir. Məlumata görə, o, hadisə zamanı yol polisinin avtomobilini də əzib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Telegram kanalımız