Sumqayıtda yaşayış binasında partlayış olub.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mikrorayonda yerləşən binaların birindəki mənzildə qeydə alınıb.
Belə ki, mənzilin hamam otağındakı su qızdırıcısı partlayıb. pizza
Hadisə zamanı mənzildəki Arzu Orucov xəsarət alıb. Xəsarət alan şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız