Sumqayıtda böyük yanğın başladı: Tüstü şəhəri bürüdü

Sumqayıtda böyük yanğın başladı: Tüstü şəhəri bürüdü

Hadisə Veb saytların hazırlanması

27 Noyabr 2023 08:19 12211


Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın başlayıb. “Yeni Sabah” xəbər verir ki, yanğın 7 hektar ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Küləkli hava səbəbindən Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!