Sumqayıtda bu atlara heykəl ucaldılır -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda bu atlara heykəl ucaldılır - Foto

Sosial

05 Sentyabr 2019 15:20 1354


Sumqayıtın 70 illik yubileyi ilə bağlı şəhərdə yeni heykəl ucaldılacaq.

“Yeni Sabah” xəbər verir ki, bunu Oxu.az-a müsahibəsində monumentalist rəssam, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov bildirib.

Onun sözlərinə görə, heykəl üçün artıq müvafiq ərazi də seçilib: Dominos pizza

"Sumqayıtda vətənpərvərlik simvolu kimi Qarabağ atlarının heykəli ucaldılacaq. Heykəlin şəhərin Heydər Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində qoyulacağ gözlənilir".

V.Nəzirov deyib ki, əsərdə Yer kürəsi üzərində şaha qalxan üç Qarabağ atı təsvir ediləcək:

"Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla danışıqlar aparılıb. Təqdim etdiyim layihəyə müsbət cavab verilib. Planlaşdırılır ki, heykəlin açılışı Sumqayıtın 70 illik yubileyinə qədər yekunlaşdırılsın".

Qeyd edək ki, 1949-cu ildə Sumqayıta şəhər statusu verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!