Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Toyuqlu pizza
Telegram kanalımız