Sumqayıtda dörd gün əvvəl baş verən avtomobil qəzasında ağır bədən xəsarətləri alan şəxs bu gün vəfat edib.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə 29 dekabrda Corat qəsəbəsində baş verib. Belə ki, “Kia Rio” markalı avtomobil 1953-cü il təvəllüdlü Hacıalı Məcid oğlu Hacıyevi yolu keçmək istəyərkən vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilsə də, bu gün səhər saatlarında ölüb.
Faktla bağlı araşdırma aparılır. pizza mizza
Telegram kanalımız