Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, iki əmioğlu arasında düşən mübahisə qanla nəticələnib. 1986-cı il təvəllüdlü Şəbiyev Fariz Fəyyaz oğlu əmisioğlu tərəfindən bıçaqlanıb. F. Şəbiyev aldığı xəsarətlərdən ölüb. Dominos pizza
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız