Sumqayıtda gənc oğlan itkin düşdü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda gənc oğlan itkin düşdü - FOTO

Hadisə

30 İyul 2021 22:23 1226


Sumqayıtda gənc oğlan itkin düşüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Sumqayıt şəhər sakini 20 yaşlı gənc iyulun 18-i saat 7-də evdən çıxıb və bir daha geri dönməyib. Sezar pizza

O evdən çıxarkən üzərində telefon və pul olmayıb, əynində sarı-qara köynək və yaşıl şalvar olub.

Gənc şəhərdaxili kameralarda son dəfə Sumqayıt 13-cü mkr ərazisində görünür və bir daha kameralara düşməyib.

Görənlərdən, xəbəri olanlardan (077) 302-81-54 nömrəsi ilə əlaqə saxlamağı xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!