Sumqayıtda güllələnənlərin son VƏZİYYƏTİ

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda güllələnənlərin son VƏZİYYƏTİ

Hadisə

07 Noyabr 2023 11:58 1119


Sumqayıtda evə silahlı basqın zamanı yaralananların son durumu açıqlanıb. 

Sumqayıt Tibb Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın vəziyyəti isə stabil qiymətləndirilir. Marqarita pizza

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyev hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılıb, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!