Sumqayıtda iki nəfərin öldüyü  binanın söküntüsünə başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda iki nəfərin öldüyü binanın söküntüsünə başlanıldı

Sosial

25 İyun 2025 13:10 236


Sumqayıtda ötən il iki nəfərin öldüyü partlayış baş verən binada söküntü işlərinə start verilib.

Yenisabah.az report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında 13-cü mikrorayonda yerləşən, 6 blokdan ibarət binanın yaşayış olmayan bir blokunda söküntü işləri aparılır.

Bildirilib ki, binanın üç blokunda yaşayış davam edir, digər üç blokda isə artıq altı aydır sakinlər yaşamır. Hazırda həmin üç blokdan birinin söküntüsü həyata keçirilir, digər iki blokda isə vəziyyətə baxış keçirildikdən sonra müvafiq qərar veriləcək. Sezar pizza

Qeyd edək ki, 2023-cü il dekabrın 3-də adıçəkilən binada baş verən partlayış nəticəsində bir ailənin iki üzvü - 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev və onun 2007-ci il təvəllüdlü oğlu Ayxan Ramin oğlu Əliyev həlak olub. Hadisə zamanı 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!