Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxs saxlanıldı

Kriminal

18 Dekabr 2025 11:03 356


Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7000 pulunu ələ keçirib. pizza

Polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.\

Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1050 manat dəyərində “ağıllı” qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.Quliyeva və V.Rzayev də müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə zəruri araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!